Protokollar ləğv etdi.

Unikal.org xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan 2009-cu ildə Türkiyə ilə imzaladıqları münasibətlərin normallaşmasına dair protokolları ləğv etdiklərini açıqlayıb.

Bu  barədə  Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan məlumat verib.

Qeyd edək ki, iki dövlət arasında münasibətlərin normallaşmasına dair protokollar 2009-cu ildə İsveçrədə imzalanmışdı. O dövrdə bu məsələyə görə Azərbaycan və Türkiyə arasındakı münasibətlərdə də gərginlik yaşanmışdı.