Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən dəhşətli yanğınla bağlı cinayət işi açıldı.
Bu barədə Unikal.org-a Baş prokurorluqdan məlumat verilib.
Vuğulanıb ki, bu hadisə ilə bağlı cinayət işi bir başa Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun rəhbərliyi ilə həyata keçiriləcək.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Unikal.org-a açıqlamasında deyib ki, hazırda cinayət işi ilə bağlı müvafiq sənədlər hazırlanır. Qarşıdakı zamanda ictimaiyyət cinayət işi ilə bağlı məlumatlandırılacaq.