"Dağlıq Qarabağ münaqişəsnin həlli iıə bağlı Rusiyanın mövqeyi bəllidir".

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Jurnalistin separatçı Dağlıq Qarabağ rejiminin münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda iştirakına necə baxırsız sualına Rusiya XİN sözçüsü belə cavab verib: "Bizim Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz bəllidir. Bu mövqe ilə bağlı heç bir dəyişiklik yoxdur".