Türkiyə bu ilin ötən dövrü ərzində Azərbaycana satdığı silahın məbləğini açıqlayıb.

Unikal.org Türkiyənin Müdafiə və Aviasiya Sənayesi Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan bu ilin iki ayında 6 milyon dollar dəyərində silah alıb.

Xəbərdə bildirilir ki, bu ilin ötən iki ayı ərzində Türkiyə dünyanın müxtəlif ölkələrinə 258,9 milyon dollarlıq müxtəlif növ silah satıb.

Belə ki, Türkiyədən ABŞ 98 milyon dollar, Almaniya 36 milyon 585 min dollar, Oman 20 milyon 328 min dolar, Hollandiya 13 milyon 676 min dolar, İngiltərə 10 milyon 511 min dolar, Hindistan 9 milyon 417 min dolar, Çin 8 milyon 280 dolar, Qatar 7 milyon 922 min dolar, İtalya 6 milyon 429 min dolar, Azərbaycan isə 5 milyon 260 min dolarlıq müxtəlif növ silah alıb.