Ermənistana məxsus növbəti taktiki PUA zərərsizləşdirilib.

Bu barədə Müdafiə Nazirliyindən Unikal.org-a məlumat verilib.

Bildirilib ki, martın 3-ü günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirilib.