Xarici İşlər Nazirliyində Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita ilə xarici işlər naziri Elmar Məmmədyarov arasında təkbətək görüş başlayıb.
Unikal.org-un məlumatına görə, daha sonra görüş geniş tərkibdə baş tutacaq.
Sonda nazirlər mətbuat konfransı keçirəcəklər.