"Azərbaycana səfərim siyasi məsləhətləşmələrin davam etdirilməsi üçün böyük imkan yaratdı. Bir sıra məsələyə münasibətdə oxşar mövqedən çıxış edirik. Münasibətlərimizin əsası güclüdür. Regional və beynəlxalq səviyyədə əlaqələrimizi koordinasiya edirik".
Unikal.org-un məlumatına görə, bunu Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, terrorizmə qarşı mübarizə müasir islamın inkişafı və islamafobiyaya qarşı mübarizə sahəsində hər iki ölkə geniş təcrübəyə malikdir: "Bir sıra sahədə üzrə bu proseslərdə öndə gedirik. Danışıqlar zamanı razılığa gəldik ki, ikitərəfli məsləhətləşmələr davam etdirilməlidir. İstəyirik ki, siyasi əlaqələr iqtisadi əlaqələr qədər güclü olsun. Bunun üçün isə hüquqi çərçivə olmalıdır. Çoxsaylı sazişlər də imzalanmalıdır ki, ikitərəfli əlaqələri gücləndirək".
Nazir əlavə edib ki, Azərbaycanla münasibətlər həmrəylik, qarşılıqlı dəstək əsasında formalaşır: "Bu, həm də münaqişələrə aiddir. Marakeş və Azərbaycan hər ikisi təcavüzlə üzləşib. Hər iki ölkə üçün bu, vacib məsələsidir. Bizim münasibətimiz BMT qətnamələrinə əsaslanır. Mövqeyimiz isə ərazi bütövlüyünün qorunmasına sadiqliyi ifadə edir".