Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

Unikal.org-un məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində baş vermiş və insan itkisinə səbəb olmuş faciəli yanğın xəbəri məni dərindən sarsıtdı. Çin hökuməti və xalqı adından, eləcə də şəxsən öz adımdan həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını arzuladığımı çatdırmağınızı Sizdən xahiş edirəm.

***

Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu. Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı və xeyli insanın xəsarət alması ilə nəticələnmiş yanğınla əlaqədar səmimi başsağlığımı qəbul edin. Bu çətin anda Türkmənistan xalqı və hökuməti adından, həmçinin şəxsən öz adımdan xahiş edirəm, həlak olanların bütün doğmalarına və yaxınlarına onların kədərinə şərik olduğumu və səbir dilədiyimi, xəsarət alanlara tezliklə sağalmalarını arzuladığımı çatdırasınız.