"Bu gün multikultralizm azərbaycanlıların həyat tərzinə çevrilib. Bu barədə söylənilən deyimlər də tamamilə real əsaslara söykənir".
Unikal.org publika.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan "Heydər Əliyev irsi və multikultral dəyərlər" adlı kitabda dərc olunan məqaləsində bildirib.
 
F.Heydərov qeyd edib ki, Azərbaycan xalqı tarixən bəşəri dəyərlərə hörmətlə yanaşaraq, buna sadiq olub. Onun sözlərinə görə, Azərbaycan özünə qapanmayıb, ətraf aləmlə daim əlaqə yaradıb, ünsiyyətə açıq olub və ona sığınanları himayə edib: "Bu nəcib xarakterimiz həm də üstünlüyimizdir. Bəzi xalqlardan fərqli olaraq yaşadığımız ərazilərdə üstünlüyümüzdən sui-istifadə edib, heç bir etnosu əzməmişik. Əksinə, onların inkişafına, yüksəlişinə yardım etmişik. Onların özü kimi mövcudluğuna, öz dəyərlərini yaşatmalarına şərait yaratmışıq".
 
F.Heydərov vurğulayıb ki, Azərbaycanın mühüm coğrafi-siyasi məkanda yerləşməsi, zəngin təbii sərvətləri tarixən başqa millətlərin diqqətini çəkib:
"Daim hörmət-izzət göstərdiyimiz, süfrəmizin başında oturduğumuz bəzi bədxah millətlər xalqımızın bu qonaqpərvərliyindən sui-istifadə edərək, bizə dönük çıxıblar. Məkrli qonşularımız olan ermənilərin nankorluğu və xəyanəti, qəsbkar siyasəti barədə xüsusi danışmağa ehtiyac yoxdur. Bu gün Ermənistan dünyada monoetnik dövlət kimi tanınır. Lakin bu bədxahlardan fərqli olaraq, hətta, 70 illik totalitar sovet rejimi də xalqımızın multikultral düşüncəsinə hakim kəsilə bilməyib. Xüsusən də ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə olduğu 70-80-cı illərdə respublikamızda multukultral dəyərlər sürətlə inkişaf edib. Ulu öndər hakimiyyətinin ilk dövrlərindən etibarən Azərbaycan xalqının mənəvi dəyərlərini, dilini məharətlə qoruyub, təbliğ etdirib".