Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar daha 3 prezidentliyə namizəd qeydə alınıb. 

Unikal.org xəbər verir ki, bu barədə qərar bu gün Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilib. 

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan prezidentliyinə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyevin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafız Hacıyevin və prezidentliyə namizədliyi "AXC təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

Namizədlərlə bağlı məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, həmin şəxslər imza namizədin qeydə alınması üçün zəruri seçki sənədlərini MSK-ya təqdim ediblər. Onların qeydə alınması üçün əsaslar var.

Hər 3 şəxsin prezidentliyə namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, prezidentliyə qeydə alınmış namizədlərin sayı 7-yə çatıb. 

Qeyd edək ki, MSK 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Onlardan yalnız namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. MSK daha sonra Zahid Orucun, Qüdrət Həsənquliyevin, Araz Əlizadənin prezidentliyə namizədliyini qeydə alıb.

Azərbaycanda prezident seçkiləri bu il aprelin 11-nə təyin edilib.