Yunanıstan çempionatında qalmaqallar davam edir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, çempionatın 25-ci turunda keçirilən PAOK - AEK oyununda da insident yaranıb. Hakim PAOK-un 90-cı dəqiqədə vurduğu qolu qeydə almayıb.

Bundan qəzəblənən klub prezidenti İvan Savvidi üzərində tapança ilə meydana daxil olub. Daha sonra isə azarkeşlər meydana axışıb. Qarşılaşmanın baş hakimi oyunu yarımçıq dayandırmaq məcburiyyətində qalıb.