İngiltərənin 4-cü divizionunda keçirilən "Çesterfild - "Linkoln Siti qarşılaşmasında qeyri-adi hadisə baş verib.

Unikal.org xəbər verir ki, oyun zamanı azarkeşlərdən birinin halı qəflətən pisləşib. Ona yardım göstərmək üçün arenaya təcili yardım vertolyotu enməli olub. Buna görə də, qarşılaşma 26-cı dəqiqədə dayandırılıb.

Məlumata görə, fanata vaxtında tibbi yardım göstərilib və hazırda o, özünü yaxşı hiss edir.

Oyun isə qonaqların 3:1 hesablı qələbəsiylə yekunlaşıb.