Xəbər verdiyimiz kimi "Samsunsporun müdafiəçisi Ufuk Budakın uzun fasilədən sonra yenidən Azərbaycan millisinə dəvət alıb.
Unikal.org xəbər verir ki, Türkiyə 1-ci liqasının "Qaziantepsporla matçda zədələnən Budak, AFFA-ya müraciət edərək, milliyə çağırılmamasını istəyib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Artıq futbolçunun müalicəsinə başlanılıb. Müdafiəçinin milli komandaların oyunları üçün yaranmış fasilədən sonra keçiriləcək ilk oyuna - "Adanasporla matça kimi sıraya qayıdacağı gözlənilir.
Xatırladaq ki, Azərbaycan yığması martın 23-də Bakıda Belarusla, ayın 27-də isə Antalyada Makedoniya ilə yoxlama görüşü keçirəcək.
Milli komandanın mətbuat katibi Elman Himayətoğlu Unikal.org-a açıqlamasında heytin hələ təqdim edilmədiyini deyib:
"Baş məşqçi Qurban Qurbanov heyəti hələ təqdim etməyib. Ona görə də heyətlə bağlı hər hansı məlumat verə bilməyəcəm".