"Beşiktaşın futbolçusu Caner Erkin həbs oluna bilər.
Unikal.org Türkiyəmətbuatına istinadən xəbər verir ki, İstanbul prokurorluğu futbolçunun 2 ilə qədər həbsini tələb edir. Prokurorluq futbolçunu hakimi təhqir etməkdə ittiham edir.
Caner ötən ilin oktyabrında, "Başakşəhərlə keçirilən oyunda qarşılaşmanın baş hakimi Mete Kalkavana təzyiq edib, ona qarşı təhqiramiz ifadələr işlədib. İstanbul prokurorluğu onun bu hərəkətini şəxsiyyəti təhqir kimi qiymətləndirib.
Prokurorluq bu hərəkətinə görə Canerin bir ildən iki ilə qədər həbsini tələb edir. Futbolçu isə bu ittihamlarla razılaşmır.