Moskva "Spartakının azərbaycanlı futbolçusu Ayaz Quliyev "Rostova icarəyə verilməsi barədə danışıb.

Unikal.org xəbər verir ki, Ayaz zəif cəhəti barədə də məlumat verib. O, "Spartakda ona verilən tapşırıq barədə də danışıb:

"Artıq birinci dövrənin sonunda 90 faiz hiss edirdim ki, getmək lazımdı. Çünki kifayət qədər oynamaq imkanı qazanmırdım. Agentim mənə dedi ki, "Rostovdan təklif var, bu məsələyə necə baxırsan? "Çox yaxşı dedim.

Mənim üstün cəhətlərim? Qoy bu barədə mütəxəssislər danışısın. O ki qaldı zəif cəhətimə, həddindən artıq emosionalam. Buna görə də, bəzən düzgün qərar verməkdə gecikirəm. Hələ "Spartakda olarkən mənə məsləhət görürdülər ki, soyuqqanlı olum.