Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Beynəlxalq iş sağlamlığı və təhlükəsizliyi" adlı tədbirə qatılıb.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu dəfə də göz yaşlarını saxlaya bilməyib. Belə ki, "Analar günü" münasibəti ilə səhnəyə dəvət olunan İbrahim Sadri "Salamat qal, ana" şeirini oxuyub.
Şeirdən kövrələn Ərdoğan əl dəsmalını çıxararaq göz yaşlarını silib. Daha sonra Prezident səhnədən enən Sadrini qucaqlayaraq ona təşəkkür edib.