Xərçəng xəstəliyini təbii yollarla müalicə edib tanınan yazıçı Belle Gibson xərçəng deyilmiş.
Unikal.org xəbər verir ki, beyin xərçəngini təbii yollarla necə məğlub etdiyindən bəhs edən bloq yazıları və kitabı ilə məhşur olan avstraliyalı Belle Gibson əslində xərçəng olmadığı ortaya çıxdıqdan sonra məhkəməyə verilib.
Belle Gibson beyin xərçənginə tibbi yollarla deyil, təbii üsullarla müalicə edərək qalib gəldiyini iddia etdikdən sonra bütün ölkədə məşhur olmuşdur. Məşhur olduqdan sonra uğur qazanan ağıllı telefon tətbiqi və yemək kitabı çıxartmışdır. Ancaq o, sonradan xərçəng xəstəliyinə tutulmadığını etiraf edib. Viktoria əyalətindəki istehlakçı hüquqları qurumu Gibsonun istehlakçı qanunu pozduğunu iddia edərək təhqiqat aparılacağı haqqında bəyanat verib.