Almaniyanın Köln şəhərində yaşayan 42 yaşlı azərbaycanlı Davud Əliyev Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istəyib.

Unikal.org xəbər verir ki, 7 il əvvəl həyat yoldaşından ayrıldıqdan sonra D.Əliyevin övladları 12 yaşlı Armanda və 10 yaşlı Tamillan atalarından alınaraq məhkəmənin qərarı ilə, Köln Gənclik Sığınacaq Mərkəzi adlı uşaq evinə verilib. Davud öz övladlarına sahib çıxmaq istəsə də o, övladlarını sözügedən sığınacaq mərkəzindən geri ala bilmədiyini dilə gətirib.

Davud Əliev iddia edib ki, övladlarının üzünü 4 ildir ki, görmür: "Qızlarımı mənə göstərmirlər. Eşitmişəm ki, onlar artıq xristian dininə sitayiş edirlər. Görüşlərin birində qızlarımın xaç vurduqlarını görüb, bununla bağlı sual verdikdə isə düşərgədə onlara xristianlığın təbliğ edildiyini öyrənərək şok oldum. Azərbaycan prezidenti İlham Əliyev və Ərdoğandan övladlarımı qaytarılması üçün xahiş edirəm mənə kömək etsinlər. Qızlarım Azərbaycan dilində danışa bilmirlər. Onlara doğma dillərində danışmaq unutdurulub".

Qeyd edək ki, Davud Əliyev Azərbaycandan getdikdən sonra alman qızı ilə ailə həyatı qurub. O, mühacirlər düşərgəsində mühafizəçi işləyib.