Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri bugünkü telefon danışığında Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Unikal.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, Rusiya və ABŞ rəsmisi arasındakı danışıqlarda münaqişənin dinc vasitələrlə nizamlanması, habelə ATƏT-in Minsk Qrupunun növbəti mərhələdə atacağı addımlar diqqət mərkəzində olub.