İtaliyanın Livorno şəhərinin limanında partlayış baş verib.

Bu barədə Unikal.org "Ria Novosti"yə istinadən xəbər verir.
İlkin məlumatlara görə, limanda sistern partlayıb və nəticədə bir neçə fəhlə xəsarət alıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb olunub.
Tezalışan mayelərin saxlandığı zonada yaşayan insanlar təxliyyə edilib.