Xalq artisti Aygün Kazımova ilə əməkdar artist Röya Ayxan arasında söz-söhbət davam edir.
Unikal.org xəbər verir ki,Röya paylaşımında yenə də Kazımovaya söz atıb:
"Heç kim və heç nə mənim konsert havamı poza bilmədi, bilməyəcək də. Niyə? Çünki mən keçmişlə qurdalanmıram. Şükür, hər günümdə bir yenilik var. Övladam, dostam, müdürəm, bacıyam, baldızam, övladının hər bir gününü gözündən qaçırmayan anayam. Xoşbəxtəm, çünki əzmirəm və əzilmirəm. Ayağım altında qalanlar isə yaşıl işıqda önümdən keçənlərdir. Allah məni o günə salmasın".
Qeyd edək ki, müğənnilər arasındakı qalmaqal A.Kazımovanın 2002-ci ildə baş tutan konsertdən olan videonu paylaşmasından sonra alovlanıb. Aygün Röyanın da yer aldığı görüntünü yayımlamış və saytlar bununla bağlı xəbər hazırlamışdı. Röya isə həmin xəbərləri paylaşaraq "Ətim töküldü... Bəsdir də, xoda düşər xatirələr" sözlərini yazmışdı. A.Kazımova isə ona "Sus!" qısa cavabını verib.