ABŞ hərbçiləri Yəməndə "Maqrib ölkələrində Əl-Qaidə terror qruplaşmasının liderlərindən birini məhv ediblər.
Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir.
Hava zərbəsi nəticəsində qruplaşmanın iki üzvü, o cümlədən liderlərindən biri Musa Əbu-Daud məhv edilib. Məlumata görə, qruplaşmaya yeni üzvlərin cəlb edilməsi ilə məşğul olan Əbu-Daud bölgədə terror əməliyyatlarına maliyyə və texniki dəstək göstərib.