Goranboyda qardaşı tərəfindən qətlə yetirilərək basdırılan qadının adı məlum olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bu, rayonun İrəvanlı kənd sakini, Rəşxəndə Çingiz qızı Hüseynovadır.

Qətlə yetirilən qadının iki qardaşı və iki bacısının olduğu deyilir.

Qadın qətlə yetirildikdən sonra yaşadığı evin zirzəmisində basdırılıb.

R.Hüseynovanın iki qardaşı - 1985-ci il təvəllüdlü Aydın Hüseynov və 1988-ci il təvəllüdlü Aqil Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Qətlin namus üstündə törədildiyi ehtimal edilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən istintaq tədbirləri davam etdirilir.

***12:27

Goranboy rayon sakini bacısını qətlə yetirib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə İrəvanlı kəndi ərazisində baş verib.

Belə ki, yerli sakinlər kəndin ərazisində basdırılmış qadın meyiti aşkar ediblər və dərhal polisə məlumat verilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda meyitin basdırıldığı yerdən çıxarılması işləri aparılır.

İlkin məlumata görə, qadın bir müddət əvvəl qardaşı tərəfindən qətlə yetirilərək basdırılıb.