Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonunda növbəti görüş keçirilib.

YAP Ağdaş təşkilatından Unikal.org-a verilən xəbərə görə, növbbəti görüş bu dəfə rayonun Ləki qəsəbəsi, Yuxarı Ləki, Yenicə, Güvəkənd və Binələr kəndlərindən olan seçicilərlə keçirilib.

Seçicilərlə keçirilən görüşləri Milli Məclisin deputatı Cavid Osmanov açaraq son illər Respublikamızın, eləcə də Ağdaş rayonunun sürətlə inkişaf etməsinin və bu inkişafın səbəbinin Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasətin olmasını qeyd edib.

Ağdaşlıların məhz bunun üçün də Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdiyini və 11 aprel Prezident seçkilərində İlham Əliyevə yekdilliklə səs verəcəklərinə əminliyini bildiriblər.

Görüşdə çıxış edən seçicilər - Sədaqət Aşurova, İnqilab Musayev, Məmmədsöyün Rüstəmov, Misir Misirov və Gülcənnət İsmayılova tədbirə yüksək əhval-ruhiyyə ilə gəldiklərini, İlham Əliyevin namizədliyininYeni Azərbaycan Partiyası tərəfindən yenidən irəli sürülməsini isə fəxr və qürur hissləri ilə qarşıladıqlarını qeyd ediblər.

Görüş zamanı seçicilər Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin ünvanına dəfələrlə alqışlar səsləndiriblər. Bildiriblər ki, onlar artıq seçimlərini edib və 11 aprel tarixində bu seçimi yekdilliklə təsdiqləyəcəklər.

Keçirilən görüşdə təbliğat qrupunun üzvləri Tənzilə Şıxıyeva və İsa Eminov çıxış edərək seçiciləri 11 apreldə mütəşəkkil halda birləşərək YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.