"Nar və DJ Tural Yusifovun müəllifi olduğu "Avtostop radio layihəsi yeni müştərək aksiyaya start veriblər. Belə ki, 2 aprel - 21 may 2018-ci il tarixləri arasında hər həftənin bazar ertəsi saat 18:00-dan 19:00-dək 106.3 FM radiosunun canlı efir müddətində keçirilən müsabiqənin qalibləri "Nar tərəfindən xüsusi mükafatlarla təbrik ediləcəklər.

Unikal.org xəbər verir ki, yol hərəkəti qaydaları haqqında biliklərini sınayan radio dinləyiciləri mobil operatordan dəyərli hədiyyələr qazanmaq fürsəti əldə edəcəklər.

Qeyd edək ki, "Nar ənənəvi şəkildə maarifləndirici müsabiqələr və intellektual yarışlara dəstək verərək bu cür layihələrin sponsoru qismində çıxış edir. Mobil operatorun dəstəklədiyi digər layihələr haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

"Azerfon MMC 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.