Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı tərəfindən aprelin 11-də keçiriləcək Prezident seçkilərinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir.

Unikal.org xəbər verir ki, bu məqsədlə rayon təşkilatının inzibati binasında ilk dəfə səs verəcək Qubadlı rayon seçiciləri ilə görüş keçirilib.

Görüşdə giriş nitqi ilə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev dövlət başçısı, prezidentliyə namizəd cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 14 il ərzində bütün sahələrdə dinamik inkişafa nail olunduğunu söyləyib. Ermənistanın çox ağır iqtisadi, siyasi vəziyyətindən danışaraq Azərbaycandakı uğurlu islahatlar və ordu quruculuğundakı yüksək nailiyyətlər haqqında ətraflı məlumat verdi. Dövlət başçısının siyasi iradəsi ilə işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminliyini ifadə edərək bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırdı.