Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov pilotsuz uçuş aparatları istehsal edən "Baykar Makina şirkətində olub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Z.Həsənov müəssisənin rəhbərliyi ilə görüşərək hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib və şirkət tərəfindən istehsal olunan hərbi təyinatlı döyüş vasitələrinə baxış keçirib.