Bu gün Almaniyanın Baden-Baden şəhərində "Grenke Chess Classic" superturnirinin II turunun qarşılaşmaları keçiriləcək.
Unikal.org report-a istinadən xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Arkadi Naydiç bu turda erməni Levon Aronyanla qarşılaşacaq.
Naydiç ilk oyunda fransalı Maksim Vaşye-Laqrava qarşı keçirib və görüş heç-heçə başa çatıb.
Oyunlar Bakı vaxtı ilə 16:00-da start götürəcək.
Turun digər oyunları:
Maqnus Karlsen (Norveç) - Hou İfan (Çin)
Maksim Vaşye-Laqrav (Fransa) - Vişvanatan Anand (Hindistan)
Nikita Vütüqov (Rusiya) - Georq Mayer (Almaniya)
Fabiano Karuana (ABŞ) - Mattias Blübaum (Almaniya)
Turnir cədvəli: Vitüqov - 1, Karlsen, Aronyan, Vaşye-Laqrav, Karuana, Anand, Naydiç, İfan, Mayer - hərəyə 0,5 xal, Blübaum - 0.