Azərbaycanda siyasi partiyaların 2017-ci il üzrə maliyyə hesabatınınMərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilmə müddəti bu gün başa çatıb.

Unikal.org-un xəbərinə görə, indiyədək MSK-ya illik maliyyə hesabatını 30-a yaxın siyasi partiya təqdim edib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.