Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu Türkiyə silahlı qüvvələrinin dinc əhaliyə qarşı guya cinayət törətməsinə qarşı səsləndirdiyi sözlərə görə tənqid edib və öz növbəsində Tel-Əvivi terror siyasəti aparmaqda günahlandırıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o, yəhudilərin hərəkətlərini açıq-aşkar qeyri-insani hücum adlandırıb.

"Netanyahu çox qəribə və cəfəng bəyanatlar verir. Türkiyənin terrorçuluqla qətiyyətli mübarizə apardığı bir vaxtda, İsrail cinayətkarlıqla mübarizə deyil, terror siyasəti aparır", -” deyə Ərdoğan Adanada çıxışı zamanı bildirib.