İranda 4,2 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yerli vaxtla saat 22:56-da qeydə alınan yeraltı təkanların episentri paytaxt Tehrandan 91 km şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Qeyd edək ki, bu gün İran-İraq sərhədində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb, 20-dən çox insan xəsarət alıb.