İsmayıllı rayonunda növbbəti dəfə prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kompaniyası davam edir. 

İsmayıllı YAP təşkilatından Unikal.org-a verilən xəbərə görə, təbliğat işi üçün qapalı yer kimi ayrılmış İsmayıllı Mədəniyyət mərkəzi ilk dəfə səs verən və ictimai fəallığı ilə seçilən gənclərin, idmançıların ixtiyarına verilib və bununla bağlı tədbir keçirilib.

Təbliğat-təşviqat tədbirini YAP rayon təşkilatının sədri, YAP seçki qərargahı İsmayıllı filialının sədri Sevil Əhmədova giriş nitqi ilə açıb, Prezidentin təkcə YAP-ın yox, bütövlükdə Azərbaycan xalqının namizədi olduğunu bildirib.

Qeyd edib ki, 15 il müddətində İlham Əliyevin etdikləri bir daha hər bir seçicini onun mövqeyinə gətirir. Biz hamılıqla YAP-ın sədri, Prezidentimiz İlham Əliyevə səs vermək istəyindəyik. Gənclər bu istiqamətdə daha ön sıralarda dayanırlar.

Millət vəkili, Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov və digər natiqlər ölkə başçısının fəaliyyətinin müxtəlif istiqamətlərindən, ümummilli lider Heydər Əliyevin inamını və etibarını doğrultduğundan, Azərbaycanı beynəlxalq miqyasda söz sahibi etdiyindən maraqlı faktlarla danışıblar.
Gənc müəllim Qönçə Ağazadə, idmançılar Anar Həsənov, Əkbər Şəfaqətov, İsmayıllı Peşə Tədris Mərkəzinin gənc müəllimi Tacəddin İbadov, Humanitar və texnologiya kollecinin müəllimi İbrahim Əhmədov çıxış edərək ölkənin xoşbəxt sabahını, daha firavan gələcəyini cənab Prezident İlham Əliyevin rəhbərliyində gördüklərini deyiblər. Ona görə də yalnız ona səs verəcəklərini özlərinə vətəndaş şərəfi sayırlar.

Kollecin tələbəsi Əlirza Hüseynov Musa Urudun seçkiyə çağırış ruhlu şeirini söyləyib.

İlham Əliyevin təbliğat-təşviqat kompaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının rayon təşkilatı rayonun ağsaqqal və ağbirçəkləri ilə də görüş keçirilib. Tədbir şəhər Mədəniyyət Mərkəzində baş tutub.


Təbliğat-təşviqat toplantısını YAP rayon təşkilatının sədri Sevil Əhmədova açıb, qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı öz taleyindən arxayın olaraq, daha firavan gələcəyə ümidli olaraq səsini cənab İlham Əliyevə verəcək. Bu ölkəni yalnız İlham Əliyev kimi qlobal təfəkkür və intellekt sahibi idarə edə bilər. Bu idarəçilik ölkəmizi daha yüksək səviyyəyə çatdıracaq.

Mərkəzi Xəstəxananın baş həkim müavini İsrayıl İsmayılov, Veteran Valeh Salehov, Əməkdar müəllim Şəfaqət Rəsulov və riyaziyyat müəllimi Gülxar Əliyeva çıxış ediblər.

Azərbaycan xalqının maraqlarına uyğun qurulan məhsuldar fəaliyyətə əsaslanan çıxış edənlər hamını 11 apreldə cənab İlham Əliyevə səs verməyə çağırıblar. Ağsaqqallar və ağbirçəklər alqışları ilə bu çağırışa qoşulduqlarını bildiriblər.