İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən qarşıdurmalar nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Unikal.org  xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kedranın bəyanatında deyilir.

Daha əvvəl 15 fələstinlinin öldüyü və 1500-ə yaxın insanın xəsarət aldığı barədə məlumat verilmişdi.

"29 yaşlı fələstinli cümə günü Xan Yunis şəhərinin şərqində İsrail ordusu ilə toqquşmalar zamanı aldığı yaradan ölüb", - bəyanatda deyilir.

Qeyd edək ki, martın 30-da mayın ortalarına qədər davam etdirilməsi planlaşdırılan "Böyük qayıdış marşı" adı altında kütləvi antiisrail çıxışları başladılıb. İsrail ordusundan təxminən 30 min fələstinlinin etiraz aksiyalarına qatıldığı bildirilib.