Moskva məhkəməsi rusiyalı məşhur aktyor Muxtar Hüseynhacıyev barəsində həbs qərarı verib. 

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, qərara əsasən, 51 yaşlı aktyor 22 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə aktyor pedofiliyadan müalicəyə göndərilib. 

Qeyd edək ki, Muxtar Hüseynhacıyev dostunun 10 yaşlı qızına təcavüz etməkdə təqsirli bilinib. Aktyor 2015-ci il sentyabrın 17-də polis tərəfindən saxlanılıb.

Muxtar Hüseynhacıyev"Sonuncu mogikan", "Kulagin və tərəfdaşları", "Karpov", "Əziz Maşa Berezina" kimi filmlərdə rol alıb.