Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilova martın 18-də keçirilən prezident seçkilərinin qalibi olan Vladimir Putinə prezident vəsiqəsini təqdim edib.

Unikal.org  Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, MSK sədri V. Putini seçkilərdə qazandığı qələbə münasibəti ilə təbrik edib.
 
Qeyd edək ki, V Putinin andiçmə mərasiminin mayın 7-də keçirilməsi planlaşdırılır.