"Xəzər FM və 100.5 FM radiolarının rəhbəri Nəsib Nur yeni vəzifəyə təyin edilib.
Unikal.org xəbər verir ki, tanınmış aparıcı qafqazinfo-ya açıqlamasında bildirib ki, "Dalğa TVyə yaradıcılıq üzrə rəhbər təyin edilib:
""İş yerimiz "Xəzər Media Mərkəzi olaraq qalır. "Dalğa TV də həmin mərkəzə daxil olan bir qurumdur. Hazırda kanal formalaşmaq üzrədir. Mən də yaradıcılıq işlərinə və kanalın ümumi fəaliyyətinə məsul olacağam. Artıq bu gündən vəzifəmin icrasına başlamışam.
N.Nur sözlərinə əlavə edib ki, "Dalğa TVdə yeni əcnəbi seriallar və filmlər Azərbaycan dilində yüksək keyfiyyətli dublyajla tamaşaçılara təqdim ediləcək.
Əldə etdiyimiz məlumata görə,"Xəzər FM və 100.5 FM radiolarına isə uzun müddətdir ABŞ-da yaşayan Səxavət Nur təyin edilib. Sabah bu barədə təqdimat olacaq.