Gürcsüstanın Ateni kəndində İosif Stalinə mayın 9-da qanunsuz quraşdırılan abidəsini bələdiyyə işçiləri söküblər. Unikal.org-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hakimiyyət nümayəndələri xatırladıblar ki, Gürcüstanda sovet, eləcə də faşist və nasist rəmzləri qanunla qadağandır və qadağaya sovet liderlərinin abidələri də daxildir.
Abidənin qoyulmasının təşəbbüsçüsü olan yerli sakinlər bələdiyyənin bu fəaliyyətinə etiraz ediblər, ancaq onun sökülməsinə mane olmayıblar.
Mayın 9-da gecə isə yenicə quraşdırılan abidəni naməlum şəxslər qırmızı rənglə boyayıblar.
Stalinin sovet vaxtına Ateni kəndində qoyulan və 70 ildən çox qalan bundan əvvəlki abidəsi 2009-cu ildə, Gürcüstanın işğal əleyhinə qanun qəbul etməsindən dərhal sonra sökülüb.