Avstraliyanın Melbörn şəhərində yaşayan Coanna Peters adlı sakin son görünüşü ilə hər kəsi təəccübləndirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 42 yaşlı 2 uşaq anası doğuşlardan sonra çəki aldığı üçün depresiyaya düşüb.
Bir rəfiqəsinin idman və sağlam qidalanmaqla arıqladığını görən Coanna özü də bu addımı atıb. O, qısa zaman ərzində 10 kiloqram verərək mükəmməl bədən quruluşuna nail olub.
Bu müddət ərzində fotolarını tez-tez İnstaqram səhifəsində paylaşan Peters bununla izləyici sayını 122 minə çatdıra bilib. O, şəkillərini paylaşmaqla özü kimi çəkiyə görə depresiyaya düşən qadınlara örnək olmaq istədiyini bildirib.