Pakistanın keçmiş baş naziri Yusif Rza Gilaninin oğlu Əfqanıstanda yerli və ABŞ xüsusi xidmət orqanlarının birgə əməliyyatı zamanı 3 illik əsirlikdən azad edilib. Unikal.org xarici mediaya istinadən bildirir ki, Əli Hayder Gilani tibbi müayinədən keçirildikdən sonra Pakistana göndəriləcək.
Gilani Əfqanıstanın şərqindəki Qazni əyalətində keçirilən əməliyyat zamanı xilas edilib. Əli Hayder Gilani 2008-ci ildən 2012-ci ilə qədər Pakistanın baş naziri olan Yusif Rza Gilaninin kiçik oğludur.
O 2013-cü ilin may ayında ümumi seçkilərə iki gün qalanda Multan şəhərində oğurlanıb. Oğul Gilani həmin vaxt Pəncab əyalətində qanunuverici orqana deputatlığa iddialı olub.