Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dəyənək çəyirtkəsi növündən olan nəhəng böcəyin boyu 62,4 santimetrdir. China Daily qəzetinin xəbərinə görə, səlahiyyətlilər, ölkənin cənubundakı Guangşi Cuang Muxtar Bölgəsində 2014-ci ildən aparılan araşdırmalarda tapılan böcək, bu vaxta kimi tapılan ən uzun böcək olduğunu açıqlayıblar.İxtisas sahəsi böcəklər olan Cao Li adlı Çinli bir araşdırmaçı, dəyənək çəyirtkəsi növündən və 62,4 santimetr boyundakı nəhəng böcəyi, bölgədə min 200 metr yüksəklikdəki dağlıq bir sahədən tapıb. Səlahiyyətlilər bu böcəyin, 2008-ci ildə Malayziyada 56,7 santimetr uzunluğunda tapılan və indi Londondakı Təbii Tarix Muzeyində sərgilənən böcəkdən daha uzun olduğunun sübut edildiyini açıqlayıblar. "Phryganistria chinensis Cao" olaraq adlandırılan böcək üzərində tədqiqatlar aparılacaq.
Digər Xəbərlər
2024-12-23 01:02:15
2024-12-23 00:49:48
2024-12-23 00:05:51
2024-12-22 23:46:19
2024-12-22 23:16:06
2024-12-22 23:04:06
2024-12-22 22:38:27
2024-12-22 22:21:00
2024-12-22 22:12:28
2024-12-22 22:04:50
2024-12-22 21:45:11
2024-12-22 20:47:09
2024-12-22 20:10:24
2024-12-22 19:43:13
2024-12-22 18:49:40
2024-12-22 18:23:55
2024-12-22 17:58:53
2024-12-22 17:22:59
2024-12-22 17:07:10
2024-12-22 16:51:13