Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə keçirilən Gecə Xokkey Liqasının (GXL) qala-matçında iştirak edib. Dövlət başçısı bir şayba atıb və iki məhsuldar ötürmə verib.
Unikal.org xəbər verir ki, Putin meydana "GXL yığması" kollektivinə qarşı oynayan "GXL ulduzları" komandasının heyətində çıxıb.
Oyunun hesabı 9:5 (3:0, 3:2, 3:3) Rusiya prezidenti komandasının xeyrinə olub.