Suraxanı rayonu, Zığ Yolu şosesi, Bina 43, mənzil 44-ün sakinləri binalarında yaranan çatlardan şikayətlənir.

Unikal.org-a müraciət edən şikayətçilər bildiriblər ki, ərazidə qurunt suları yığıldığına görə sürüşmə zonasında aktivlik yaranıb. Buna görə də 8 bloklu binada çatlar hər keçən gün artmağa başlayır.

Sakinlər diqqətə çatdırıb ki, binanın 2 bloku təmir olunsa da, 4 bloka Suraxanı rayon İcra Hakimiyyəti və digər aidiyyatı qurumlar əncam çəkmək fikrində deyillər.

Məsələ ilə bağlı Suraxanı Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin şöbə müdiri Bərxudar Bərxudarov məsələdən xəbərdar olduqlarını bildirib:

"Əraziyə baxış keçirilib, Nazirlər Kabinetinə müraciət olunub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları orda olublar. Aidiyyatı dövlət qurumları süxurlardan nümunələr götürüb, Nazirlər kabinetinə təqdim edilib. Ona görə də Nazirlər Kabinetinin qərarını gözləyirik .Bundan sonra həmin bina ilə bağlı yekun qərar veriləcək.