Keçirdiyi qəzadan sonra üzünə saysız-hesabsız plastik əməliyyatlar etdirən ingilis aktrisa Daniella Vestbruk tanınmaz hala düşüb.

Unikal.org bildirir ki, 44 yaşlı aktrisa əməliyyatları üçün bütün pulunu xərcləyib. Nəticədə sosial yardım alan evsiz bir qadına çevrilən Daniella kirayəni vaxtında ödəmədiyi üçün qaldığı mənzildən də qovulub. Dostları qaytara bilməyəcəyi üçün aktrisaya borc pul vermək istəmirlər.

Xatırladaq ki, 1998-ci ildə avtomobil qəzasından sonra dişlərini düzəltdirən Vestbrukun üzü və yanaqları pis vəziyyətə düşmüşdü. Narkotik istifadə etdiyindən burnu da əyilən aktrisa dəfələrlə plastik əməliyyat etdirməli olub. Lakin Daniella hazırkı görünüşünə görə depressiyaya düşüb.(axsam.az)