Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qardaşı Bolat Ukraynanın Avrobankının səhmlərinin 50 faizini almaq niyyətindədir.
Unikal.org Ukrayna KİV-nə istinadən bildirir ki, bu bankın səhmlərinin qalan 50 faizi "Finans analit servis" və "Marketinq texnologiyası" konsaltinq firmalarına məxsusdur.
Nursultan Nazarbayevin qardaşı bank işi ilə 2014-cü ildən məşğul olur. O iki il əvvəl Qazaxıstanın RBK bankının payını alıb.