Goranboy rayonunda ağır yol qəzası baş verib.

Unikal.org-un "Reporta istinadən məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hər üç yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.