Almaniyanın Düsseldorf şəhərinə uçan "Türk Hava Yolları"na məxsus təyyarə Atatürk Hava Limanında problemlə üzləşib. Quşlar uçuşa mane olub. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə təyyarənin pilotu dispetçerə ratsiya ilə  məlumat verib:  "Biz hazırıq, ancaq quşlar uçuş-eniş zolağında olduğundan qalxa bilmirik. Aşağıdan leylək qatarı keçdiyindən enə bilmirik.

Havalar istiləşdikcə quşların köç xətti üzərində yerləşən Atatürk Hava Limanında leylək qatarı ilə bağlı tez-tez həyəcan siqnalı verilir. Leylək qatarı Türkiyə Hava Yollarının İğdır-İstanbul istiqamətində uçan təyyarələrin uçuş-eniş zolağından keçməyə məcbur olur.