Dünyaşöhrətli italyan ulduzu Monika Belluççi 53 yaşına rəğmən cavan qalmasının sirrini bölüşüb.
Unikal.org xarici KİV-ə istinadən aktrisanın gözəlliyinin 8 sirri haqda məlumat verir:
1.Arzuolunan idman:"Mən hər gün idmanla məşğul olmağı sevmirəm. Onsuz da arıq olmayacam. Bədən quruluşum belədir. Amma sağlamlıq üçün idman vacibdir.
2.Nə ac qalmaq olmaz, nə də çox yemək- Monika dadlı yeməkləri sevir. Heç vaxt dieta saxlamır. Amma çox da yemir. Əgər arıqlamaq lazım gəlirsə, onda bir müddət tərəvəz və balıqla qidalanır.
3.Şirniyyatsız olmaz- italiyalı biri kimi Monika da şokoladı, tortu çox sevir. Onun bədən quruluşuna baxanda bunu demək olmaz, amma sənətçi şərabla şokoladı çox sevir.
4.Su- bir çox qadınlar kimi Belluçi də hesab edir ki, çoxlu su içmək gözəlliyin əsas əlamətidir.
5.Dəriyə qulluq- Monika gününü soyuq duş qəbul etməklə başlayır. Daha sonra dərisinə nəmləndirici krem vurur. Aktrisanın sözlərinə görə, o, makiyaj üçün aldığı ləvazimatlara xüsusi diqqət yetirir. Dərisinin parlaq görünməsi üçün əlindən gələni edir.
6.Saç- aktrisa saçlarını həftədə 2 dəfə yuyur. Saçlarının zədələnməməsi üçün fendən istifadə etmir, əvəzində saçının parlaq olması üçün ona zeytun yağı vurur.
7.Qara rəng- Monika düşünür ki, bu rəng qadını həm zərif göstərir, həm də cazibədar.
8.Özünü olduğu kimi qəbul etmək:"Cavan qızlara da həmişə məsləhət görürəm ki, özlərini sevsinlər və olduğu kimi qəbul etsinlər. Əsas o deyil ki, sən arıq olasan. Kök olub, seksual görünə bilərsən. Əsas odur ki, bədənini sevə biləsən və onu sevdirəsən.