Samux rayonunun ən yaşlı seçicilərindən olan, Alıuşağı kənd sakini 100 yaşlı Yamən Mehdiyeva prezident seçkilərində səs verib.

Unikal.org azərtac-a istinadən xəbər verir ki, vətəndaşlıq borcunu yerinə yetirən Yamən Mehdiyeva dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib. Yeddi övlad, 20 nəvə, 24 nəticə, 3 kötükcə sahibi 24 nəticə, 3 kötükcə sahibi olan Yamən nənənin bir arzusu var: Azərbaycanı abad və firavan, insanlarını isə xoşbəxt görmək.

Yamən nənənin evinə daşınan seçki qutusu aparılıb. O, konstitusion hüququndan istifadə edəndən sonra gənclərə müraciətlə deyib: "Övladlarımı zəhmətlə böyütmüşəm. Qayğılarım çox olsa da, bütün seçkilərdə iştirak etmişəm. Qoy, hər kəs bu seçkilərdə iştirak etsin və işıqlı gələcəyimizə səs versin.