Türkiyənin məşhur müğənnisi Sərdar Ortaçın irlandiyalı xanımı, model Kloe Louqnan yenidən mətbuatın gündəminə düşüb. Onun adı bu dəfə xəyanətlə bağlı xəbərlərdə çəkilir.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki həftədir bikini kataloq çəkilişləri üçün Mayamidə olan və uzun müddət Türkiyəyə qayıtmağı fikirləşmədiyini deyən Kloenin Sərdarı aldatdığı iddia olunur.
İddiaya görə, Louqnan ərəb şeyxinin oğlu ilə hər gün restoran və barlarda əylənir. Hətta bununla bağlı fotolar da yayılıb. Məsələyə Ortaçın nə deyəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, ötən gün kafelərdən birindən çıxarkən jurnalistlərin Louqnanın Mayamidə çəkilmiş cəsarətli pozları haqda suala Sərdar "Neyləyim, arvadım modeldir. Mən "Get, soyun" demirəm ki..." cavabını vermişdi.