Türkiyə prezidenti Rəcəb Tayyib Ədroğan Əlcəzair prezidenti Əbdüləziz Buteflikaya baş vermiş təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan qəza nəticəsində həlak olanların ailələrinə və "qardaş Əlcəzair xalqına" səbr arzulayıb: "Ehtiyac olduqda biz əlcəzairli qardaşlarımıza istənilən yardımı göstərməyə hazırıq".
Xatırladaq ki, bu gün Əlcəzairin şimalında, Bufarik hava limanının yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb. Qəza təyyarənin havaya qalxdığından bir neçə dəqiqə sonra baş verib. Ölkənin müdafiə nazirliyinin ilkin məlumatına əsasən, qəza nəticəsində 257 nəfər həlak olub. Onlardan 247-si hərbi qulluqçular və onların ailə üzvləri, qalan 10 nəfər isə ekipaj üzvləri olub.